Masallıda hinin dam örtüyü külə çevrilib. Bu haqda bu gün, 4 aprel tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Banbaşı kəndində baş verib. Ümumi sahəsi 20 kv.m olan hinin dam örtüyünün taxta atmaları 10 kv.m sahədə yanıb. Hinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.