Masallı rayon Mərkəzi Kitabxanasında “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində verir.
Tədbirdə çıxış edən kitabxana əməkdaşları ümummilli lider Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkənin iqtisadiyyatı, xalqın rifah halı, elm və incəsənət, səhiyyə sahələrinin inkişafındakı rolundan danışıblar.