Masallı rayonunun Köhnə Alvadı kəndində evlərin birindən oğurluq olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 iyun tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Belə ki, 27 iyun saatlarında R.Qasımovanın yaşadığı Köhnə Alvadı kəndindəki evdən 4000 manat pul və 5000 manat dəyərində qızıl əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Köhnə Alvadı kənd sakinləri, əvvəllər məhkum olunmuş R.Musazadə, O.Abıyev və S.Əliyev müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.