top
Masallıda direktor məktəbin 83 min manatını mənimsəyib
03 iyul 2023, 06:03
- ↺ +

Masallıda direktor məktəbin 83 min manatını mənimsəyib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və digər maddələrlə ittiham olunan Habil Məmmədovun (şərti) məhkəmə istintaqı yekunlaşıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində Pravda.az-a istinadən verir.

Hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Qərara əsasən, H. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Şirvan Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edib, birinci instansiya məhkəməsinin hökmünü dəyişib, cəzanı 6 ilə endirib.

Habil Məmmədov 1 sentyabr 2016-cı ildən 14 iyun 2020-ci il tarixinədək Masallı rayon T. Bayraməlibəyov adına 2 saylı Yeddioymaq kənd məktəbinin direktoru vəzifəsində işləyib. İttihama görə, o, bu müddətdə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən və bir qrup şəxs halında talayıb. Xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edib və rəsmi sənədlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı edib.

O, 82.838 manat pulu mənimsəyərək ələ keçirib.

Habil Məmmədov barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Bu gün, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Bu gün, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Bu gün, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Oxşar xəbərlər