Masallı rayonunda 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Bu haqda Cenublu.az bu gün, 23 iyun tarixində məlumat verir.
Bayram tədbiri Rayon İcra hakimiyyətinin konfrans zalında baş tutub. İcra başçısı Araz Əhmədov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib.
Toplantının sonunda dövlət qulluğunda fərqlənən bir qrup dövlət qulluqçusuna rayon İcra Hakimiyyətinin başçısı, dövlət idarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Masallı rayon komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.