top
Masallıda “Azərbaycan” jurnalının 100 illiyi ilə bağlı tədbir keçirilib
12 iyun 2023, 06:57
- ↺ +

Masallıda “Azərbaycan” jurnalının 100 illiyi ilə bağlı tədbir keçirilib

Masallıda “Azərbaycan” jurnalının 100 illiyi ilə əlaqədar Masallı yazarları ilə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində verir.

Masallı rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə “Göy Qurşağı” ədəbi məclisinin üzvləri və kitabxana əməkdaşları iştirak ediblər.

Tədbirdə ilk çıxış edən kitabxananın direktor əvəzi Zamin Məmmədov kitab məbədi olan Mərkəzi Kitabxanada hər zaman olduğu kimi, ədəbi məclisin tədbirlərinə ev sahibliyi etməyə hazır olduqlarını bildirib.

Ədəbi məclisin həmsədri, şair Xanəli Talış bildirib ki, mədəniyyət müəssisələrində məclisin yığıncaqlarının keçirilməsi rayonun mədəni həyatında böyük canlanmaya zəmin yaradır.

Sonra yazıçı Aleq Məmmədov çıxışında vurğulayıb ki, milli mətbuatımızın bənzərsiz örnəklərindən biri olan “Azərbaycan” jurnalı təsis olunduğu vaxtdan bəri ədəbiyyatın təbliğində və istedadlı yazarların üzə çıxarılmasında aparıcı rol oynayıb.

Şair Allahverdi Bayrami öz çıxışında qeyd edib ki, “Azərbaycan” jurnalı fəaliyyəti boyunca çətin və keşməkeşli mərhələlərdən keçərək, müasir dövrümüzədək öz mövcudluğunu qoruyub saxlaya bilib.

“Talisman” qəzetinin baş redaktoru Rafiq Məmməd gənc yaşlarında “Azərbaycan” jurnalında şeirlərinin çap olunmasının onun sonrakı yaradıcılığına böyük stimul verdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlərdən yazıçı-publisist Xodaşirin Cəbiyev, yazıçı Nazim Qərib, şair Əlimərdan İbrahimov və Məmmədağa Dadaşov “Azərbaycan” jurnalının fəaliyyəti və ədəbi mühitdə baş verən yeniliklər haqqında düşüncələrini bölüşüblər.

Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva muzeyin ilk qurucusu olan atası Rəhim Tağıyevin yazılarının “Azərbaycan” jurnalında çap olunduğunu, jurnalın nüsxələrinin indiyə qədər çoxlu sayda fərdi ev kitabxanasında qiymətli vəsait kimi saxlandığını bildirib.

Tədbirin gedişində ədəbi məclisin üzvləri - Nazim Qərib, Qədiməli Eloğlu, Ədalət İsayev, Şirzad Ağayev və Bahadur Şıxlaroğlu öz yaradıcılıqlarının məhsulu olan hekayə və şeirlər söyləyiblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər