Masallı rayonunun Güllütəpə kəndində yanğın hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, BMW markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Əraziyə yanğından mühafizə bölmələri cəlb olunub. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.