Masallıda “Yalnız bir Dünya” layihəsi çərçivəsində ağac və güləkmə aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 may tarixində verir.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş aksiya Dəfinə məktəb-liseyinin həyətində keçirilib. Burada könüllülər tərəfindən meyvə ağacları və güllər əkilib.
Aksiyada regional nümayəndə ilə yanaşı, məktəb-liseyin şagirdləri fəal iştirak ediblər.
Tədbir Masallı RİH-nin dəstəyi, Uşaq Səfirlər Məclisinin Masallı rayon nümayəndəliyinin təşəbbüsü ilə həyata keçirilib.