Masallı rayonunda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın rayonun Şəhriyar, Təkdam və Əminli kənd bələdiyyələrinə məxsus ərazidə qeydə alınıb. 60 ha biçilmiş taxıl sahəsi və 10 ədəd arı yeşiyi qismən yanıb. Yaxınlıqdakı əkin sahələri alovdan mühafizə olunub.
FHN-in əməkdaşları tərəfindən yanğın söndürülüb.