Masallı rayonunda intihar hadisəsi baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 iyun tarixində Lent.az-a istinadən verir.
Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini, 40 yaşlı Nizami Əkbərov yaşadığı evdə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar ediblər.
Faktla bağlı Masallı rayon Prokurorluğunda araşdırma aparılır.