Masallı şəhərində talvarda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Ümumi sahəsi 35 kvadratmetr olan talvarın yanar konstruksiyaları 20 kvadratmetr sahədə və altına yığılan 4,5 ton ot bağlamasının 2 tonu yanıb.
Alov FHN-in əməkdaşları tərəfindən söndürülüb. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.