top
Masallıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli qeyd olunub
02 iyun 2023, 00:33
- ↺ +

Masallıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü təntənəli qeyd olunub

Masallıda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir.

Masallı rayon Heydər Əliyev Mərkəzi tərəfindən uşaqların əyləncəsinə rəng qatmaq üçün Masallı rayon Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin müəllimi Lalə Nəzərova uşaqlara feysart üslubunda ecazkar obrazlar yaradıb. Tədbirin sonunda uşaqlar üçün Mərkəzin 3D kinozalında “Maşa və Ayı” cizgi filmi nümayiş olunub.

Masallı Tarix -Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları Şəhər 1 saylı uşaq və körpələr evini ziyarət edərək uşaqlarla əyləncəli oyunlar oynayıb, rəqs edib, onlara hədiyyələr verərək balaca fidanları şənləndiriblər.

Masallı rayon Mərkəzi Kitabxanasında “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib. Tədbirdə İntiqam Əsgərli adına şəhər 3 saylı orta məktəbin IV sinif şagirdləri öz bacarıqlarını nümayiş etdirərək, “Lalələr” mahnısının sədaları altında rəqs ediblər. 2 saylı orta məktəbin şagirdləri ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyiblər. 3 saylı uşaq bağçası - körpələr evindən gələn balacalar “Azərbaycan” mahnısının müşayiəti ilə rəqs edib, əyləniblər. Sonra uşaqlar birlikdə “Biz Heydər nəvələriyik” mahnısını ifa ediblər. Tədbirin sonunda uşaqlar birlikdə xatirə şəkli çəkdiriblər, onlara müxtəlif hədiyyələr təqdim olunub.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatının əməkdaşları və digər qurumların nümayəndələri rayonun əksər bağçalarına baş çəkərək balaca fidanları təbrik edib, onlara hədiyyələr təqdim ediblər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər