Masallı Tarix-diyarşünaslıq Muzeyində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Xurşidbanu Natəvan və onun poetik irsi” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində Masallı rayon Heydər Əliyev Mərkəzinə istinadən verir.
Mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə şairənin yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Həmçinin, Natəvanın ədəbi yaradıcılığı və gördüyü xeyriyyə işləri ilə yadda qaldığı qeyd olunub.
Tədbirin sonunda şairənin kitablarına baxış keçirilib və qəzəlləri dinlənilib.