top
Masallı və Sabirabad kolleclərinə yeni təyinatlar olub
08 dekabr 2025, 01:48
- ↺ +

Masallı və Sabirabad kolleclərinə yeni təyinatlar olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Asim Yusifov Masallı Dövlət Regional Kollecinin, Mərdan Əlizadə isə Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Cenublu.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) məlumat yayıb.

Bildirilib ki, Asim Yusifov bakalavr təhsilini Lənkəran Dövlət Universitetində iqtisadiyyat ixtisası üzrə, magistratura təhsilini isə Türkiyənin Karabük Universitetində dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə alıb. Müxtəlif illərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Astara nümayəndəliyində direktor və Astara Pedaqoji Kollecində müəllim olaraq çalışıb. O, son təyinatadək Lənkəran Dövlət Peşə Təhsili Mərkəzində müəllim kimi fəaliyyət göstərib.

Mərdan Əlizadə Gəncə Dövlət Universitetində tarix və coğrafiya müəllimliyi ixtisası üzrə bakalavr təhsili alıb, magistratura səviyyəsi üzrə təhsilini isə hazırda ADA Universitetində təhsil üzrə menecment ixtisası üzrə davam etdirir.

Əmək fəaliyyətinə İmişli rayon Bəcirəvan kənd A.Kərimov adına tam orta məktəbdə coğrafiya müəllimi kimi başlayıb, həmçinin "İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsinin İmişli və Saatlı rayonları üzrə koordinatoru, Coğrafiya fənninin məzmunu üzrə, Məktəbdaxili qiymətləndirmənin təşkili metodikası üzrə və s. kimi ixtisasartırma təlimlərində təlimçi olaraq fəaliyyət göstərib.

M.Əlizadə Almaniyada keçirilən "Keyfiyyətli təhsil üçün xidmət layihəsi" çərçivəsində disleksiya və diskalkuliya təlimində, ADA Universiteti tərəfindən təşkil olunan "Bir Müəllimin Manifesti" ixtisasartırma proqramında, Böyük Britaniyada təşkil olunan "Məktəb liderliyi" və bir sıra digər layihə və proqramlarda iştirak edib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Bu gün, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Bu gün, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Bu gün, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Bu gün, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Bu gün, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Bu gün, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Bu gün, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Bu gün, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
Dünən, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
Dünən, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Dünən, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
07 noyabr 2026, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
07 noyabr 2026, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
07 noyabr 2026, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Oxşar xəbərlər