top
Masallı sakinləri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə müraciət ediblər
07 iyun 2023, 05:52
- ↺ +

Masallı sakinləri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinə müraciət ediblər

Masallı rayonu, Boradigah qəsəbəsinin bir qrup müəllimi və sakinləri Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə internet problemi ilə bağlı müraciət ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 iyun tarixində Bizimyol.info-ya istinadən verir.

Belə ki, qəsəbə sakinlərinin nazir Rəşad Nəbiyevə etdikləri müraciətdə deyilir: “Hörmətli nazir, artıq xeyli müddətdir ki, Boradigah qəsəbəsinin internet təminatında ciddi problemlər yaşanır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir ki, bu həm ciddi problemə, həm də haqlı narazılığa səbəb olur.

Son günlər hava şəraiti ilə əlaqədar qəsəbədə yüzlərlə abonentin telefonu və interneti kəsilib. Boradigahda iki məktəb, bir xəstəxana fəaliyyət göstərir. Xeyli məktəbli onlayn hazırlıqdan geri qalır. Bundan əlavə qəsəbənin yüzlərlə sakini işləri ilə əlaqəli ya qəsəbə, ya da ölkə xaricində yaşayır ki, internetdəki kəsilmələr onların ailələri ilə əlaqə saxlamasına ciddi problemlər yaradır.

Cənab nazir, bildiyimiz qədər keyfiyyətli internet imkanı verən “GPON” sistemi qəsəbəmizin yaxınlığınadək gətirilib.

Sizdən xahiş edirik, qəsəbəmizdə də analoji sistemin tətbiqinin sürətləndirilməsi ilə bağlı göstəriş versiniz”.

Müraciəti Əlövsət Hüseynov, Akif Cavadov, Ədalət Əhmədov, Məmməd Məmmədov, Vasif Məmmədov, Vaqif Şərifov, Böyükağa Zeynalov, Yasər Teymurov, Elçin Əhmədov və s. olmaqla ümumilikdə 40 nəfər qəsəbə sakini imzalayıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər