Masallı sakininin istifadəsiz tikilidə gizlətdiyi 4 kiloqram narkotik aşkarlanıb. Bu haqda məlumat DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan Cenublu.az-a bu gün, 20 iyun tarixində verilib.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Lətif Bağışov saxlanılıb.
Şəxsi axtarış zamanı onda 540 qram marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən baxış zamanı L.Bağışovun Masallı şəhəri ərazisindəki istifadəsiz tikilidə gizlətdiyi ayrı-ayrı bükümlərdə qablaşdırılmış ümumilikdə 4 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.
[caption id="attachment_40065" align="alignnone" width="336"]
DİN[/caption]