Masallı rayonunun Köhnə Zuvand kənd sakini Radim Orduxan oğlu Mirzəyev Rusiya-Ukrayna müharibəsində itkin düşüb.
Yaxınlarının Cenublu.az-a verdiyi məlumata görə, Radim uzun müddət Rusiyanın Rostov şəhərində yaşayıb və Rusiya tərəfdən döyüşlərdə iştirak edib.
Qohumlarının sözlərinə görə, ondan artıq 4 aydır heç bir xəbər almaq mümkün deyil.
Yaxınları Radim Mirzəyevin aqibəti barədə məlumatı olan şəxslərdən onlarla əlaqə saxlamağı xahiş edirlər.