Masallıda çəltik sahələrinin suvarılması məqsədilə kanallar təmizlənir. Bu haqda bu gün, 18 iyul tarixində Cenublu.az Masallı RİH-yə istinadən xəbər verir.
Verilən məlumata əsasən, Viləşçay Su Anbarı İstismarı İdarəsinin kollektivi çəltik yetişdirən fermerlərə yaxından köməklik göstərir. İdarənin mexanizatorları əsas diqqəti sahələrin suvarılmasına yönləndiblər.
Hazırda işlər Boradigah qəsəbəsi, Mahmudavar və Sərçuvar kəndlərində görülür. Ərəb və Həsənli kəndlərində isə çaylar lildən təmizlənir, su itkisinin qarşısının alınması üçün tədbirlər həyata keçirilir.