Masallı rayonunun Qızılağac kəndində tövlə yanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 45 kv.m sahədə və damına yığılan 4,5 ton ot bağlamasının 4 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.