Masallı rayon icra başçısı Araz Əhmədov sakinləri qəbul edib. Bu haqda Cenublu.az bu gün, 23 iyun tarixində məlumat verir.
Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan qəbulda hüquq mühafizə orqanları rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri və bələdiyyə sədrləri iştirak ediblər. Vətəndaşların bütün müraciət və təklifləri diqqətlə dinlənilib, qeydiyyatı aparılıb.
Rayon rəhbəri qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verib.