top
Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin istintaqı yekunlaşıb
02 may 2023, 07:18
- ↺ +

Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkiminin istintaqı yekunlaşıb

“Masallı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin qanunsuz əməlləri barədə cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq tamamlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində verir.

İstintaqla Eşqin Əliyevin qeyd olunan vəzifə və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Eşqin Əliyevin Süleyman Əliyevlə cinayət əlaqəsinə girib Masallı RMX-nin həkiminin digər tibb sahəsi üzrə işləyə bilməsi üçün vəzifəli şəxsə rüşvət verilməsi adı ilə 15 min manat məbləğində pul vəsaitini ələ keçirməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Eşqin Əliyevə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq), 29, 178.2.2, 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə təkrarən dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli rüşvət alma), 32.4, 312.2 (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) və 313-cü (vəzifə saxtakarlığı), Süleyman Əliyevə isə həmin Məcəllənin 29, 178.2.3, 29,178.2.4 və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə yekun ittiham elan edilib.

Eşqin Əliyev barəsində məhkəmənin qərarı ilə həbs, Süleyman Əliyev barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər