Masallıda görkəmli ədib Cəlil Məmmədquluzadənin anadan olmasının 155 illiyi ilə əlaqədar tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 may tarixində verir.
Tədbir Mərkəzi Kitabxanada təşkil olunub. Çıxış edənlər Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı haqqında iştirakçılara ətraflı məlumat veriblər. O, yaradıcılığı boyunca publisistikası, nəsr və dram əsərləri ilə Azərbaycan ədəbiyyatını məzmun və formaca zənginləşdirmiş, “Molla Nəsrəddin” jurnalını təsis etməklə güclü mətbuat ənənəsi yaratmışdır. Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.