Masallı rayonunun Qızılağac kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Hadisə 10 iyul səhər saatlarında qeydə alınıb. Ümumi sahəsi 60 kv. m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 40 kv. m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.