Masallıda "Yanğın Təhlükəsizliyi" mövzusunda maarifləndirici və praktiki təlim keçirilib. Bu haqda bu gün, 3 iyun tarixində Cenublu.az Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə istinadən xəbər verir.
Tədbir Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Masallı rayon Dövlət Yanğın Nəzarəti Hissəsinin əməkdaşlarının iştirakı ilə Masallı meşəbəyiliyində baş tutub. Təlimin əsas məqsədi meşə yanğınlarının qarşısının alınmasıdır.
Tədbirlərdə meşəlik və yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinə qarşı qabaqlayıcı profilaktik tədbirlərin aparılmasında səmərəliliyin artırılması, yanğınların qarşısının vaxtında alınması sahəsində birgə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətindən danışılıb və bu mövzular ətrafında fikir mübadiləsi aparılıb.