Masallı rayon Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 53-cü ildönümünə həsr olunmuş “Dahi və bənzərsiz lider” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 iyul tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Tədbirdə Azərbaycanın XX əsrdəki inkişafının əsasının 14 iyul 1969-cu ildə qoyulduğu qeyd olunub. Daha sonra mövzu ilə bağlı geniş müzakirə edilib.