Masallıda Qurban bayramı münasibətilə millət vəkili vətəndaşlara bayram sovqatı paylayıb. Bu haqda bu gün, 9 iyul tarixində Məşhur Məmmədovun rəsmi Facebook səhifəsində paylaşılıb.
Məşhur Məmmədovun köməkçiləri Qurban bayramı ərəfəsində I və II Qarabağ Müharibəsinin şəhid və qazi ailələrini, aztəminatlı və digər ailələri ziyarət ediblər. 70 saylı Masallı Seçki Dairəsinə daxil 1400-ə yaxın ailəyə 3000 kiloqrama yaxın ət Qurban bayramı münasibətilə bayram sovqatı kimi paylanılıb.
Bayram sovqatlarının paylanmasında Məşhur Məmmədovun köməkçiləri Əli Nağıyev, Hekayət Nəzərov, Rəmzi Şahverdiyev və Təhsil Fondunun direktoru H.Hüseynov iştirak ediblər.