Masallı rayonunda talvarın yanar konstruksiyaları yanıb. Bu haqda məlumat Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında paylaşılıb.
Rayonun Şərəfə kənd ərazisində ümumi sahəsi 20 kv.m olan talvarın yanar konstruksiyaları və altında yığılan borular yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Ətrafdakı tikililər yanğından mühafizə olunub. Yanğının baş vemə səbəbləri araşdırılır.