Masallı rayonu Sübhan Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbində "Gənclərin zərərli vərdişlərdən qorunmasında təhsilin rolu" mövzusunda seminar-treninq keçirilib. Bu haqda məlumatı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi saytı verib.
Tədbirdə çıxışlar zamanı mövzunun aktuallığından bəhs olunub. Qeyd edilib ki, cəmiyyətimizin aparıcı hissəsi olan gənclərimizin milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsində təhsilin böyük rolu vardır. Həmçinin vurğulanıb ki, yeniyetmələrin radikal yönümlü dini təriqətlərin, zərərli vərdişlərin təsirindən qorunması, mənəviyyatımıza zidd dini cərəyanlara qarşı mübarizədə maarifləndirilmə xüsusi əhəmiyyətə malikdir.
Tədbirin sonunda mövzu ilə bağı videoçarx nümayiş etdirilib.
[caption id="attachment_9993" align="alignnone" width="300"]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) rəsmi saytı[/caption]