Masallı rayonunun Qızılağac kəndi ərazisində kənd sakini Y.Abdullayev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmkəndlisi Elbrus Musayevi vurub. Bu haqda məlumatı bu gün, 4 dekabr tarixində Daxili İşlər Nazirliyinin rəsmi saytı paylaşıb.
Hadisə 3 yanvar saat 21:00 radələrində baş verib. Qəza nəticəsində Elbrus Musayev aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.