Bakıda, Heydər məscidində mərhum Qurban Mənsimovun üç mərasimi təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 iyun tarixində Qafqazinfo.az-a istinadən verir.
Mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, şəhid ailələri, qazilər, o cümlədən, iş adamları, incəsənət, idman və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qurban Mənsimovun 40 mərasimi iyulun 29-da eyni məsciddə keçiriləcək.
Qeyd edək ki, “Palmali Holding”in prezidenti Mübariz Mənsimov atasının vida mərasiminə qatılmayıb. O, qüvvədə olan məhkəmə qərarına əsasən, Türkiyəni tərk edə bilmir.