top
“Mənim üçün heç bir çətinlik yoxdur” - Xanım istehsalat təlimi ustası ilə ÖZƏL MÜSAHİBƏ
16 aprel 2025, 08:09
- ↺ +

“Mənim üçün heç bir çətinlik yoxdur” - Xanım istehsalat təlimi ustası ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az-ın bugünkü müsahibi Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin istehsalat təlimi ustası Qətibə Nadir qızı Əhmədovadır.

Müsahibəni təqdim edirik:

- Qətibə xanım, özünüz qısa şəkildə təqdim edin.

- 1961-ci ildə Lənkəran rayonu Xolmili kəndində anadan olmuşam.

- İstehsalat təlimi ustasısınız. Bu sahəyə necə maraq göstərməyə başladınız? Təhsil və peşəkar təcrübəniz haqqında danışa bilərsinizmi?

- 1980-84-cü illər Bakı Politexnik texnikumun mexanika fakültəsinin “Materialşünaslıq və metalların termiki emalı” ixtisasını bitirmişəm.

1984- cü ildə Lənkəran 113 saylı (o vaxtkı) peşə məktəbində ixtisas fənn müəllimi kimi işə başlamışam. 2017-ci ilin sentyabrından rəhbərlik tərəfindən qaynaqçı qrupuna istehsalat təlimi ustası təyin olunmuşam.

Rəhbərlik etdiyim qrupun tələbələri qaynağı bacarırdılar. Diplomları yox idi deyə oxumağa gəlmişdilər. Mənim qaynaq haqqında məlumatım az da olsa var idi. Çünki ixtisasıma uyğun idi. Qalanını da qaynaqçı tələbələrimdən qısa müddətdə öyrəndim. Sonra da istehsalat təlimi ustalarının diaqnostik qiymətləndirilməsində yüksək bal yığıb bir az da biliyimi həm praktiki, həm də nəzəri cəhətdən artırdım.

- İstehsalat təlimi ustası olaraq gündəlik işiniz nələrdən ibarətdir?

- Valideynlərlə əlaqə saxlayıb, tələbələrin davranışları, davamiyyəti, nizam-intizam qaydaları haqqında onları məlumatlandırmaqdır. Valideyn iclasları çağırırıq. Üzürsüz dərs buraxmanın qarşısını almağa çalışırıq. Tələbələrin tədbirlərdə, festivallarda, idman yarışlarında iştirakını təmin etməyə çalışırıq.

- Hansı istehsalat texnologiyaları və ya avadanlıqlarla işləyirsiniz?

-  İstehsalat təlimi dərslərində dəyişən cərəyanla işləyən qaynaq aparatından istifadə edirik.

- Təlim zamanı hansı üsullardan və metodikalardan istifadə edirsiniz?

- Tələbələri qruplara bölüb, qrup-qrup işlədirik. Hər qrupun özünə görə işi olur.

- Tələbələrlə işləməkdə ən çox diqqət etdiyiniz məqamlar hansılardır?

- Təhlükəsizlik texnikası qaydalarına riayət etməyə çalışırıq.

- İstehsalat prosesində təhlükəsizlik qaydalarına necə nəzarət edirsiniz?

-  İstehsalat prosesində hər an, hər dəqiqə təhlükəsizlik qaydalarına nəzarət edirik. Qaynaq məftillərindəki izolyasiyanı, qaynaq aparatının sazlığını tez-tez yoxlayırıq. Nasazlıq olanda işi dayandırıb, montyor çağırırıq.

- İndiyədək qarşılaşdığınız ən çətin vəziyyət nə olub və onu necə həll etmisiniz?

- İndiyəcən heç bir çətinliyimiz olmayıb. Çalışmışıq hər bir işin öhdəsindən gələk.

- Sizi bu işdə ən çox motivasiya edən nədir?

- Tələbələrimin bu sənətə marağının olması, bir də onların hazırladıqları avadanlıqların şəhərin parklarında, uşaq bağçaların bağlarında, şəhidlərin məzarlığında, sərgi və festivallarda təqdimatı məni motivə edir.

- Qadın olaraq bu sahədə fəaliyyət göstərmək sizin üçün hansı üstünlükləri və çətinlikləri gətirir?

- Mənim üçün heç bir çətinlik yoxdur. Çətinlik olsa da, rəhbərliyin köməkliyi sayəsində aradan qaldırılır. Hər şey daha gözəl olacaq. Yetər ki, sənətini sevəsən.

- Gənc qadınlara istehsalat sahəsində işləmək üçün nə tövsiyə edərdiniz?

- Gənc qadınlar heç nədən çəkinib, qorxmasınlar. Sevdiyiniz hər hansı bir iş istər asan, istərsə də çətin olsun, onun arxasınca gedin. O zaman çətin olmaz.

- Fikrinizcə, istehsalat təlimi sistemində nə kimi dəyişikliklər faydalı ola bilər?

- İstehsalat dərslərini daha maraqlı və tələbələrin daha yaxşı öyrənmələri üçün məktəblərin bazasında lazımi materiallar olsa, daha yaxşı olar. Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi bu yaxınlarda təzə binaya köçəcək. Bu problemlər həll olunacaq.

- Tələbələrə istehsalat dərslərində qaynaq etmənin sirlərini öyrədirsiniz. Bu barədə danışardınız.

- Metal və elektrodlarla, qaynaq avadanlıqları ilə doğru-düzgün işləmək, cərəyanla ehtiyatlı olmaq, qaynaq tikişlərini, birləşmələrini öyrədirəm. Bunları bilən tələbə istənilən materialın qaynağını bacarar.

Nəzrin Vahid

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər