top
Məktəb direktoru ilə Mübariz Mənsimov arasında qalmaqal yaşanıb
10 aprel 2023, 04:33
- ↺ +

Məktəb direktoru ilə Mübariz Mənsimov arasında qalmaqal yaşanıb

Türkiyədə azərbaycanlıların təhsil almaları üçün İstanbulda fəaliyyət göstərən Hüseyn Cavid adına məktəbin təsisçisi və direktoru Şərgiyyə Məmmədova məktəbin fəaliyyətində yaranan çətinliklərdən danışıb.

O bildirib ki, ona mane olanlar var:

“Təhsildən uzaq adamlar gəlir 5 addımlıqda məktəb qurur. Bunlara da rəvac verən Mübariz Mənsimovdur. Yəni Mübariz Mənsimov işini-gücünü buraxıb, gedib gəmiləri ilə məşğul olmur, onlarla iş birliyində fəaliyyət göstərir. Bizim müəllimlərə vəd verir ki, gəlin sizə çox maaş verəcəyəm. Bu yolla müəllimləri çalırlar məndən, uşaqları aparırlar.”

Şərgiyyə Məmmədova, həmçinin qeyd edib ki, Türkiyədə yaşayan bəzi azərbaycanlılar sifarişli olaraq, onun barəsində müxtəlif dövlət qurumlarına şikayət ediblər.

“Bu adam təhsildən uzaq insandır. Ətrafına da topladıqları öz səviyyəsində insanlardır. Video düzəltdirirlər, təhdid edirlər, hədə-qorxu gəlirlər. Bunun məqsədi məktəb açmaq deyil, qurmaq deyil, oxutmaq deyil. Bunun məqsədi paxıllıqla buranı dağıtmaqdır. Mübariz Mənsimov xeyriyyəçi deyil, mən görməmişəm ki, o, kiməsə kömək eləsin. O, ancaq öz reklamı ilə məşğuldur. Onu çox şişirdirlər, o,  Azərbaycan milləti üçün bəladır. Onu sevən şəxslərdən soruşuram, heç birinə köməyi dəyməyib. Halbuki reklama aldanıb onun insanları dəstəklədiyini düşünürlər”, - deyə məktəbin direktoru Şərgiyyə Məmmədova əlavə edib.

Məsələyə Mübariz Mənsimov da açıqlama verib:

“Mən və rəhbərlik etdiyim “Palmali Holding” şirkəti həmişə imkanlarımız daxilində azərbaycanlı tələbələrin təhsil almasına dəstək vermişik. Bu, mənim ən başlıca həyat prinsiplərimdəndir və heç bir təmənnam olmadan gördüyüm işlərdəndir. Çünki elmli və savadlı gənclik – Azərbaycanın gələcəyidir. Və bu yöndə təmənnasız fəaliyyətimizi nə qədər ömrümüz var, davam etdirəcəyik. Sözügedən məktəbə gəlincə, Milli qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan məktəbdən dəstəklə bağlı müraciət oldu. Öyrəndim ki, məktəb artıq 5 ildir fəaliyyət göstərir. Biz isə ötən ildən, yəni bir ildir ki, həmin məktəbə maliyyə yardımı göstəririk. Türkiyədə yaşayan aztəminatlı azərbaycanlıların övladlarının ödənişsiz təhsil almaları üçün bu prosesdə iştirak edirik. Məktəbin bütün ehtiyaclarını qarşılayırıq. Hüseyn Cavid adına məktəbin kollektivi də istəsə, müraciət etsə, eyni şəkildə dəstək verməyə hazırıq. Çünki ortada bizim balalar, onların qardaş ölkədə təhsilli və savadlı böyüməsi kimi həyati vacib bir məsələ var. Və mən bir azərbaycanlı olaraq, Türkiyə məktəblərində təhsil almaq üçün ən müxtəlif səbəblərdən sənədləri qaydada olmayan o körpələrin məktəbdən kənarda qalmasına seyrçi qala bilmərəm. Bunu hər kəs bilsin ki, mən və “Palmali” şirkəti bütün tirajlanan dedi-qodulardan və şər-böhtandan uzağıq və o böhtanları yayanları Azərbaycanın gələcəyi olan uşaqlar və məktəb üzərindən düşmənçilik etməməyə dəvət edirəm. Çünki bu ləyaqətsiz oyundan əziyyət çəkən məhz o uşaqlardır”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
03 oktyabr 2026, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
03 oktyabr 2026, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
03 oktyabr 2026, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
03 oktyabr 2026, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
03 oktyabr 2026, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
03 oktyabr 2026, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
03 oktyabr 2026, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
03 oktyabr 2026, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Oxşar xəbərlər