Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül iş adamı Mübariz Mənsimovun atasının məzarını ziyarət edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində verir.
Belə ki, Bakıda konsert verən məşhur müğənni yaxın dostu olan M.Mənsimovun atası Qurban Mənsimovun məzarına baş çəkib.
Qeyd edək ki, Q.Mənsimov ötən ilin iyun ayında dünyasını dəyişib və Bakıda, Keşlə qəbiristanlığında dəfn olunub.