Masallıda kənd camaatı küçəyə atılan tullantıların yaratdığı görüntüdən narazıdırlar. Bu haqda bu gün, 5 aprel tarixində Cenublu.az xəbər verir.
Sözügedən xoşagəlməz görüntü Mahmudavar kəndində müşahidə edilib. Kənd camaatı bildirir ki, ərazidə yaranan qoxu səbəbindən məhəllədən keçmək olmur. Məhəllədə tullantı qabları olmasa da, sakinlər təmizliyə riayət etməlidirlər.
Sakinlər məsələnin tez bir zamanda həll olunmasını gözləyirlər.