Mədəniyyət Nazirliyi Masallı rayon Heydər Əliyev Mərkəzi ilə bağlı tender elan edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyul tarixində Fed.az-a istinadən verir.
Tender mərkəzdə layihə-smeta işlərinin satın alınması üzrədir. Sənədlərin son təqdim edilmə tarixi 5 avqust saat 17:00-a kimidir. İştirak haqqı 150 manat təşkil edir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satın alan təşkilatın vəzifəli şəxsi Murad Əliyevdir. Əlaqə üçün: (+994) 598-04-67.