Mədəniyyət naziri Adil Kərimli vətəndaş qəbulu keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində verir.
Görüş 14 iyul tarixində saat 10:00-da Lənkəran şəhəri Mədəniyyət Mərkəzində təşkil olunacaq. Qəbulda, əsasən, Lənkəran, Astara və Lerik şəhərlərinin sakinləri iştirak edəcəklər.
Vətəndaşlar 10 iyul tarixinədək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi və WhatsApp ((077) 714-71-47) vasitəsilə görüşə yazıla bilərlər.