Lənkəran rayon Liman şəhəri 1 saylı tam orta məktəbinin direktoru Sevər Ağayevanın qeyri-qanuni pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 iyun tarixində Patrul.az-a istinadən verir.
Belə ki, Sevər Ağayeva məktəbin Hikmət adlı əməkdaşı ilə danışarkən məktəbdə işləyən xadimələrin aldığı aylıq 250 manat əməkhaqqısının 50 manatının ona verilməsini tələb edir, əks halda onları bundan sonra 8 saat işdə saxlayacağını bildirir. Səs yazısında qarşı tərəf “Fəhlənin haqqını yemək olmaz” kimi irad bildirərək məktəb direktorunun istəyini icra etməkdən imtina edir.