top
Liman şəhər 1 saylı məktəbinin direktoru Sevər Ağayeva səs yazısı ilə bağlı açıqlama verib
13 iyun 2023, 06:15
- +

Liman şəhər 1 saylı məktəbinin direktoru Sevər Ağayeva səs yazısı ilə bağlı açıqlama verib

Sosial şəbəkələrdə səs yazısı paylaşılan Lənkəran rayon Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktoru Sevər Ağayeva məsələ ilə bağlı Cenublu.az-a açıqlama verib.

“Məlumat üçün bildirirəm ki, qeyd olunan səs yazısı 2020-ci il tarixinə aid, redaktə edilmiş səsdir. Səs yazısını icazəsiz və məqsədli şəkildə yayan Hikmət Rüstəmov Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbinin sabiq təsərrüfat müdiridir. Hikmət Rüstəmov hazırda işsizdir və Liman şəhər 1 nömrəli tam orta məktəbi ilə heç bir əlaqəsi yoxdur.

Məktəbin sabiq təsərrüfat müdiri H.Rüstəmovun 05.03.2021-ci il tarixində məktəbin texniki işçisi Tofiq Hüseynovla münaqişə yaratmaqla məktəbdə etik davranış qaydalarına əməl etmədiklərinə və daxili intizam qaydalarını kobud şəkildə pozduqlarına görə tərəfimdən hər iki işçiyə töhmət verilmişdir.

R.H. buna etiraz etmiş, məni hədələmiş və sağlamlığıma xətər yetirmişdir. Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini B.Calalov tərəfindən məktəbə tibbi personal dəvət olunmuş və hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.

Qeyd edim ki, Hikmət Rüstəmovun yaxın qohumları müxtəlif dövrlərdə Lənkəran rayonu S.Əliyev adına Haftoni qəsəbə tam orta məktəbində işlə təmin olunublar.

Bundan əlavə, H.Rüstəmov bacısının işlə təmin edilməsini tələb etmişdir. Mən ona əlavə ştatın, yəni iş yerinin olmadığından bunun mümkün olmadığını bildirdim. O, müxtəlif yollarla məni şantaj edərək məktəbin texniki işçisi T.Hüseynovun kişi olduğunu əsas gətirərək işdən çıxarıb, bacısını işlə təmin etməyi tələb edib. Əlavə olaraq bildirim ki, Lənkəran rayon Haftoni qəsəbə tam orta məktəbində mənim heç bir qohumum çalışmayıb.

13 mart 2021-ci il tarixli N-3(049) - 336/2021 saylı qərarla H.Rüstəmov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, 10 (on) gün müddətinə həbs edilmişdir.

16 mart 2021-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə şikayətçi haqqında 6 gün inzibati həbs tədbiri görülmüşdür.

Məktəbin İlk Həmkarlar Təşkilatının 30 mart 2021-ci il tarixli qərarı ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

1 aprel 2021-ci il tarixində sabiq təsərrüfat müdiri öhdəsində olan mal-materialları təhvil verməkdən ötrü məktəbə dəvət olunsa da, gəlməkdən imtina edib. Azad edildikdən sonra 2 (iki) il müddətində bütün təşkilatlara müraciət etmiş, amma iddiası əsassız olmuşdur. İddiaların əsassız olduğunu görsə də, öz çirkin əməllərindən əl çəkməyib.

Buna misal olaraq göstərirəm ki, Azərbaycan Respublikasının Baş Prokurorluğuna tərəfimdən odun, təmir, vəsiqə və test pulu yığılması ilə bağlı ərizə ilə müraciət olunub və yaxın qohumlarıma və dostlarıma imzalatdırılıb. Hətta həmin ərizəni sosial şəbəkələrdə də paylaşılıb.

Məlumat üçün bildirirəm ki, məktəb binasının istilik sistemi qazla işləyir. Heç bir odundan istifadə olunmur. 2020/2021-ci tədris ili pandemiya dövrünə təsadüf etdiyi üçün testlər onlayn formada aparılıb. Kağızdan istifadə edilməyib. Bu səbəblərdən müraciətin araşdırılması zamanı iddia əsassız sayılıb.

Rüstəmov Hikmət Əlizadə oğlunun müraciəti əsasında Dövlət Əmək Müfəttişliyi xidmətinin Lənkəran Regional Ərazi şöbəsində də işə baxılmış və qərar qəbul edilmişdir.

İddiaçı məsələ ilə bağlı 23.06.2021 tarixində Şirvan İnzibati Məhkəməsinə, 10.08.2021 tarixində isə Şirvan Apellyasiya Məhkəməsinə müraicət etmişdir və bu iddialar əsassız sayılmışdır.

Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin və Təhsil sisteminin inkişafı və proqnozlaşdırılması problemləri üzrə elmi-tədqiqat laboratoriyasının Hüquq və insan resursları qrupunun əməkdaşları tərəfindən 17 noyabr 2021-ci il tarixində məktəbdə yoxlama keçirilib”, - deyə Sevər Ağayeva bildirib.

Qeyd edək ki, Ağayeva Sevər Adil qızı direktorların yerdəyişmə müsabiqəsində uğur qazanaraq, 2022-ci ilin oktyabr ayından etibarən Elm və Təhsil Nazirinin müvafiq əmri ilə Lənkəran rayonu Liman şəhər 1 nömrəli tam orta məktəbinə direktor vəzifəsinə təyinat alıb və hal-hazırda bu vəzifəni icra edir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:41

Salyanda qadın yas mərasimində olarkən evi yandı - VİDEO

Bütün xəbərlər
Bu gün, 17:00

Sabirabadda yol qəzası olub, yaralılar var - VİDEO

Bütün xəbərlər
Bu gün, 16:30

Lənkəran mədəniyyətinə ağır itki - Klub müdiri vəfat edib

Kriminal
Bu gün, 16:00

Əsgər yolasalma mərasimində dava salan astaralılar məhkəməlik oldular

Bütün xəbərlər
Bu gün, 15:30

Nikah və boşanmaların sayı azalıb

Bütün xəbərlər
Bu gün, 15:00

"Faytonçu Nazim"in səhhəti necədir?

Mədəniyyət
Bu gün, 14:31

Şindan qalasında 23 ildən sonra yenidən arxeoloji tədqiqatlar aparılıb

Bütün xəbərlər
Bu gün, 14:00

Üçüncü qrupda hansı ixtisaslara əlavə müsabiqə şərtləri tətbiq olunur? – DİM-dən açıqlama

Bütün xəbərlər
Bu gün, 13:30

İldırım vurması nəticəsində şəhid olan hərbçilər təltif edildi

İqtisadiyyat
Bu gün, 13:00

Ötən ay əlilliyə görə pensiya alanların SAYI

Bütün xəbərlər
Bu gün, 12:30

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
Bu gün, 12:00

Sabirabadda yanğın törədən şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 11:31

Son 6 ayda Azərbaycanda təbii və texnogen hadisələr nəticəsində 28 nəfər həlak olub

Cəmiyyət
Bu gün, 11:00

İmişlidə partlayış zamanı xəsarət alan usta Bakıya təxliyyə olunub

Bütün xəbərlər
Bu gün, 10:30

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

Kriminal
Bu gün, 10:00

Narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 09:30

Bu gün Cəlilabadın 12 yaşayış məntəqəsində qaz olmayacaq

Bütün xəbərlər
Bu gün, 09:00

Cəlilabadda Rusiya vətəndaşının idarə etdiyi yük avtomobili yanıb

Faydalı
15 avqust 2026, 17:16

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bütün xəbərlər
15 avqust 2026, 16:03

Sabah külək əsəcək, leysan yağacaq - PROQNOZ

Kriminal
15 avqust 2026, 15:02

Dələduzluq edən 8 nəfər saxlanıldı

Cəmiyyət
15 avqust 2026, 14:00

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Cəmiyyət
15 avqust 2026, 13:00

Lənkəranda əsas yollarda işıqlandırma problemi: Dirəklər var, işıqlar yanmır

Bütün xəbərlər
15 avqust 2026, 12:30

Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

Oxşar xəbərlər