Azərbaycanın rayonlarında dekabrın 7-si səhər qərb rayonlarından başlayaraq 11-i axşamadək bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında deyilir.
Cənubda yağıntının leysan xarakterli intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.