Lerik Rayonunun Büzeyir kənd orta məktəbində yanğın baş verib.
Cenublu.az-ın məlumatına görə, hadisə məktəbin dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidməti cəlb edilib.
Yanğın qısa müddətdə söndürülüb, xəsarət alan yoxdur.