top
Lerikdə çay evində təpik atan kişinin cəzası BƏLLİ OLDU
25 aprel 2025, 03:40
- ↺ +

Lerikdə çay evində təpik atan kişinin cəzası BƏLLİ OLDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lerik rayonunda çay evində spirtli içki içən tanışlar arasında yaranan mübahisə cinayətlə nəticələnib. 

Demokrat.az xəbər verir ki, hadisə Lerik şəhəri, Nizami küçəsində yerləşən “Buta” çay evində baş verib. 

Lerik rayon sakini, 1998-ci il təvəllüdlü Afiq tanışı Ağacanla birlikdə 2024-cü ilin noyabr ayında saat 20:20-də “Buta” çay evinə gəliblər. Onlar spirtli içki qəbul etdikdən sonra sərxoş halda heç bir əsaslı səbəb olmadan mübahisə ediblər. 

Bu zaman Afiq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib və qəsdən çay evinin masasına təpik vurub. 

Masanın üzərində olan bir ədəd örtük şüşəni, bir ədəd pivə bakalını, həmçinin digər masanın bir ədəd stulunu da təpiklə vuraraq sındırması nəticəsində çay evinin icarədarına 120 manat maddi ziyan vurub. 

Hadisəni törədən Afiqin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Afiq ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O, ifadəsində göstərib ki, tanışı Ağacanla birlikdə Lerik şəhərində yerləşən “Buta” çay evinə gəliblər: 

“Çay evinə qədər artıq başqa bir yerdə spirtli içki qəbul etmişdik. Çay evində də Ağacanla çox az miqdarda yenidən spirtli içki qəbul etdik. Çay evində olarkən Ağacanla aramızda sözlü mübahisə baş verdi. Spirtli içkinin təsirində olduğum üçün Ağacanın hərəkətləri xoşuma gəlmədi. 

Əsəbiləşərək masaya təpik vurdum. Masanın üzərində olan şüşə örtük və 1 ədəd pivə bakalı yerə düşərək sındı. 

Daha sonra digər masanın stuluna da təpik vurub onu da sındırdım. Bundan sonra çay evini tərk etdim. Hadisə vaxtı Ağacana heç bir xəsarət yetirməmişəm. Hazırda əməlimdən peşmanam”.

İş üzrə zərərçəkmiş qismində tanınan Xaliqin sözlərinə görə, Lerik şəhərində yerləşən “Buta” çay evində çayçı işləyir: 

“Hadisədən sonra Bakı şəhərində yaşayan çay evinin sahibi Cavidə zəng edərək bu barədə məlumat verdim. Daha sonra Cavidin əmisi oğlu hadisə yerinə gəldi. Hadisə təxminən 15 dəqiqə davam etdi və orada Lerik şəhər sakinləri Altay, Fizuli və tanımadığım digər 2 şəxs də olub. Hazırda mənə dəymiş ziyan Afiq tərəfindən tam olaraq ödənilib. Ondan şikayətim və tələbim  yoxdur”. 

Bu cinayət işinə Lerik Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Afiq 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Təqsirləndirilən şəxsin üzərinə Lerik və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Lerik şəhərində yerləşdiyi evi gecə saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Təqsirləndirilən şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Lerik rayon İcra və probasiya Şöbəsinə həvalə edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Bütün xəbərlər
Dünən, 09:22

84 yaşlı Astara sakini itkin düşüb

Siyasət
Dünən, 08:39

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

9 noyabr 2020: Vətən Müharibəsinin 44-cü günü

Siyasət
08 noyabr 2026, 14:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib

Bütün xəbərlər
08 noyabr 2026, 12:30

Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa müraciət edib

Bütün xəbərlər
08 noyabr 2026, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
08 noyabr 2026, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
07 noyabr 2026, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
07 noyabr 2026, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
07 noyabr 2026, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Oxşar xəbərlər