Beynəlxalq Dil Mərkəzinə daxil olan Lənkəran Dövlət Universitetində “İngilisdilli Yay Məktəbi” sona çatıb. Bu haqda məlumat bu gün, 9 iyul tarixində LDU-nun rəsmi Facebook səhifəsində paylaşılıb.
“Amerika Guşəsi”ndə Monterey “İngilisdilli Yay Məktəbi”nin (“Monterey ESL Summer School”) bağlanışı olub. Mərasimdə LDU-nun rektoru professor Natiq İbrahimov, ABŞ-ın Kaliforniya ştatının Lənkəranla qardaşlaşmış Monterey şəhərinin “Monterey-Lənkəran Dostluq Assosiasiyası”nın icraçı direktoru, Monterey şəhərinin sabiq vitse-meri Nensi Selfric və digərləri iştirak ediblər.
Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.