top
LDU-da təntənəli “Məzun günü” keçirilib
06 iyul 2023, 08:00
- ↺ +

LDU-da təntənəli “Məzun günü” keçirilib

Lənkəran Dövlət Universitetində (LDU) “Məzun günü” keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 iyul tarixində verir.

Universitetin rektoru, professor Natiq İbrahimov tədbir iştirakçılarını salamlayaraq LDU-nu bitirən bütün məzunları təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıb. Professor Natiq İbrahimov LDU-nun 2022/2023-cü tədris ilində qazandığı uğurlardan söz açarkən universitetin 30 illik yubileyinin təntənə ilə keçirilməsini ilin ən ələmətdar hadisəsi kimi dəyərləndirib. O bildirib ki, LDU-nun fəaliyyəti dövründə ilk dəfə olaraq universitetin 5 əməkdaşı ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb.

Natiq İbrahimov təbrik çıxışında qeyd edib ki, bu il LDU-nu bakalavriat səviyyəsində 30 ixtisas üzrə 880 məzun, magistratura səviyyəsində 25 ixtisaslaşma üzrə 145 məzun bitirir.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbrik çıxışında məzunlara xoş arzularını çatdırıb. LDU ilə Lənkəran Şəhər İcra Hakimiyyəti arasında son illərdə yaranan səmərəli əməkdaşlıqdan, birgə keçirilən elmi konfranslardan söz açan Taleh Qaraşov bu ali təhsil ocağının bölgənin sosial-mədəni inkişafındakı böyük rolunu xüsusi vurğulayıb, xarici universitetlərlə səmərəli əməkdaşlığını yüksək dəyərləndirib, beynəlxalq əlaqələrdə yaranan canlanmadan ətraflı söz açaraq rektor Natiq İbrahimova icra hakimiyyəti ilə səmərəli əməkdaşlığa, universitetin həyatında yaratdığı işgüzar, səmimi ab-havaya görə minnətdarlıq bildirib.

Məzun günündə millət vəkili Rüfət Quliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, 9 saylı uşaq bağçasının müdiri Ülkər Nuriyeva, valideyn Elmira Nəzirova, məzun Zəhra Əhədova çıxışlarında məzunlara xoş arzularını çatdırıblar, onlara gələcək həyat yollarında uğurlar arzulayıblar.

Tədbirdə təhsilini uğurla başa vuranlar mükafatlandırılıblar. Bakalavr və magistrlərə diplomlar təqdim edilib. Tələbəlik dövründə ictimai fəallığı ilə seçilən məzunların bir qrupuna Lənkəran Şəhər İcra hakimiyyətinin fəxri fərmanları verilib.

Tədbir Lənkəran Dövlət Universiteti və universitetin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kolleci tələbələrinin birgə hazırladıqları konsert proqramı ilə yekunlaşıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Bu gün, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Bu gün, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Bu gün, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Bu gün, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Bu gün, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
Dünən, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
Dünən, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
Dünən, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
Dünən, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
Dünən, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
Dünən, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 12:55

Sabirabadda oğul anasını amansızlıqla döydü

Bütün xəbərlər
Dünən, 12:20

43 yaşlı Saatlı sakini təcili yardım mərkəzinin həyətində öldü

Bütün xəbərlər
Dünən, 11:52

Masallıda kimya dərsində xəsarət alan şagirdin son durumu - Rəsmi açıqlama

Bütün xəbərlər
Dünən, 11:07

Qulağı kəsilən cəlilabadlı "İmişli balasıyam" deyəni öldürdü

Bütün xəbərlər
Dünən, 10:30

Monqolustandan gətirilən quzu əti bahalaşdı

Oxşar xəbərlər