Lənkəranlı xanım Nərmin Hamlet qızı Məmmədova filologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 may tarixində verir.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Kollegiyasının 05.05.2023 tarixli qərarı ilə “Müstəqillik dövrü Lənkəran ədəbi mühiti” mövzusunda “5716.01 - Azərbaycan ədəbiyyatı” ixtisasında elmi dərəcə alıb.
Qeyd edək ki, Nərmin Məmmədova Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının doktorantıdır və Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyasında Azərbaycan dili və ədəbiyyat müəllimidir.