top
Lənkəranlı şagirdlər məşhur fiziklərin kəşf etdiyi qurğuların kiçik formasını hazırlayırlar
13 aprel 2023, 08:19
- ↺ +

Lənkəranlı şagirdlər məşhur fiziklərin kəşf etdiyi qurğuların kiçik formasını hazırlayırlar

Lənkəranın Boladi kəndində gələcəyin Teslası, Faradeyi və Voltası kimi ixtiraçılar yetişir desək, yanılmarıq. 7-ci sinif şagirdləri dünyaca məşhur olan fiziklərin kəşf etdiyi qurğuların kiçik formasını hazırlayırlar. İlk işlərinin uğurlu alındığını görən şagirdlər həvəslənərək daha böyük qurğuları düzəltməyi qarşılarına məqsəd qoyublar.

Lənkəranın Boladi kənd 1 saylı tam orta məktəbinin şagirdləri Taleh Cabbarov və Ravil Həsənov fizika fənninə böyük maraq göstərirlər. Taleh Cabbarov mühəndis olmaq istəyir. O deyir ki, Nikola Teslanın kəşf etdiyi qurğuda elektrik cərəyanını bir neçə sm-dən almaq olursa, onun düzəldəcəyi qurğularda daha uzun məsafədən almaq olacaq. Bunun üçün o, bir neçə dəfə sınaq da keçirib. Bəziləri uğurlu olub, bəziləri isə uğursuz.

Həmyaşıdı Ravil Həsənov isə zəlzələ baş verməzdən əvvəl onun afterşoklarını qeydə alan qurğu üzərində işləyir. Digər işi isə çənlərdə suyun səviyyəsini müəyyən edən cihazdır.

Ravil və Talehə bu işdə dəstək olan fizika fənni tədris edən müəllimləri Seyran Əliyev istedadlı şagirdlərinin bacarığını görüb fərəhlənir.

“Biz dərslərimizdə əzbərçilikdən daha çox layihə əsaslı təlimlərə üstünlük veririk. Adətən evdə mövzuya uyğun qurğular, təcrübələr hazırlayıb şagirdlərə nümayiş etdirirdim. Sonradan artıq bu işi şagirdlərin özünə tapşırırdım. Çünki fizikanı daha dərindən başa düşmək, hiss etmək üçün təcrübələr mütləqdir. Şagirdlərimizin buna böyük marağı var, həvəslə qurğular yaradırlar”, - deyə o bildirib.

 

Fizika fənnini şagirdlərinə sevdirən Seyran Əliyev əmindir ki, bu uşaqlar düzəltdiyi qurğuları inkişaf etdirərək, daha böyük uğurlara imza atacaq və gələcəkdə tanınmış mühəndis olacaqlar.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
Dünən, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
Dünən, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
Dünən, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Dünən, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Dünən, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Kriminal
Dünən, 13:30

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Kriminal
Dünən, 12:50

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:17

Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin anım günüdür

Bütün xəbərlər
Dünən, 11:40

Cənubda FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 11:07

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər
Dünən, 10:35

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Dünən, 10:00

Bir yağışla Təzəkənd qaranlığa qərq olur – sakinlərdən şikayət - VİDEO

Bütün xəbərlər
Dünən, 09:28

Şəhid mayor Amid Heydərovun xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 00:01

Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür

Mədəniyyət
02 oktyabr 2026, 17:46

Lənkəranda "Məkr və məhəbbət" tamaşası təqdim olunacaq

Kriminal
02 oktyabr 2026, 17:21

Sabirabadda 16 yaşlı qıza sataşıb ağladan HƏBS OLUNDU

Bütün xəbərlər
02 oktyabr 2026, 16:15

Lənkəranda 18 yaşlı qızın meyiti tapılıb

Kriminal
02 oktyabr 2026, 15:10

58 yaşlı astaralı sevdiyi qadının ərini armaturla döydü

Kriminal
02 oktyabr 2026, 14:35

Yardımlıda çayxanaya basqın: sahibkar bıçaqlandı

Siyasət
02 oktyabr 2026, 13:59

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Oxşar xəbərlər