Lənkəranlı müəllim Bakıda intihar edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 mart tarixində verir.
Belə ki, 50 yaşlı Rəhimov Rasim Həsən oğlu Bakı şəhəri, Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında özünü dənizə ataraq intihar edib. İlkin ehtimala görə, o ailədaxili problemləri ilə əlaqədar həyatına son qoyub.
Qeyd edək ki, Rasim Rəhimov coğrafiya müəllimi olub. O, xeyli müddət Lənkəranda pedaqoji fəaliyyət göstərib. Daha sonra paytaxta köçərək hazırlıq kursunda çalışıb.
Faktla bağlı araşdırma aparılır.