Lənkəran Dairəvi Qalasının (Zindan qala) təmir işləri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 may tarixində verir.
Belə ki, tarixi abidənin ətrafında və içərisində təmizlik, abadlıq işləri görülüb. Hazırda təmir işləri abidənin fasadında aparılır.
Qeyd edək ki, “Dairəvi qala” “Zindan qalası” kimi də tanınır. Bu abidə XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. “Zindan qalası” 1869-1959-cu illərdə həbsxana kimi istifadə olunub. Burada 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də cəza çəkdiyi söylənilir.