Lənkəran şəhərinin Qurumba kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 may tarixində verir.
Belə ki, ümumi sahəsi 80 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 kv.m sahədə və içərisinə yığılan 2 kubmetr odun yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.