Lənkəran şəhərinin mərkəzi küçələrində yerləşən üstüaçıq xəndəklər sakinlər üçün təhlükə yaradır. Bununla bağlı onlar bu gün, 29 iyun tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, şəhərin Zərifə Əliyeva və Nizami küçələrində yerləşən xəndəklərin bəzi hissələri bağlansa da, üstü açıq olan yerləri qalıb.
“Xəndəklərin bir hissəsinin açıq olması oraya yıxılmağa səbəb olur. Ələlxüsus da axşamlar. Küçələr işıqlandırılmadığından axşamlar bu hal daha çox olur. Xahiş edirik aidiyyəti qurumlardan, xəndəyin üstü açıq hissələrini dəmir barmaqlıqlarla bağlasınlar”, - deyə sakinlər bildiriblər.