Lənkəranda yanğın olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 iyul tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verir.
Hadisə 3 iyul axşam saatlarında baş verib. Mamusta kəndində sahəsi 100 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 32 kv.m sahədə və içəridəki 6 ton ot bağlamasının 1 tonu yanıb.
FHN-in əməkdaşları alovu söndürüblər. Tövlənin və ot bağlamalarının qalan hissəsi mühafizə olunub.